AZ

İmişli portuqaliyalı, türkiyəli və İngiltərədən olan mütəxəssislərlə danışır

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İmişli" klubunda İdarə Heyətinin iclası olacaq. Bu barədə Sport24.az-a bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.Onun sözlərinə görə, İdarə Heyəti iyunun 20-dən sonra görüşəcək: "Həmin vaxt yeni mövsümlə bağlı bütün planlar haqqında qərar veriləcək. Bir neçə baş məşqçi ilə danışıq aparırıq. Onların arasında portuqaliyalı, türkiyəli və İngiltərədən olan mütəxəssislər də var. İkisi isə yerli baş məşqçidir. Danışıq apardıqlarımızın hamısı Pro kateqoriyalıdır. Əvvəlki baş məşqçimiz Fərid Namazov hazırda Pro kateqoriyasını oxuyur. Biz bu kateqoriyadan kənar mütəxəssis gətirməyi fikirləşmirik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
sport24.az

1Mənbələr