AZ

Sağlam həyat tərzi sürən 39 yaşlı məşqçidə xərçəng aşkarlanıb

39 yaşlı məşqçi Danni Dankan düzgün qidalanma və müntəzəm fiziki aktivlikdən ibarət sağlam həyat tərzi sürməsinə baxmayaraq yoğun bağırsaq (kolorektal) xərçənginə tutulub.

Ölkə.az xəbər verir ki, bu barədə İspaniyanın "El Español" nəşri məlumat yayıb,

O bildirib ki, həkimlər onun xəstəliyinin genetik faktorlarla bağlı olmadığını müəyyən ediblər. Mütəxəssislər xərçəngin yaranmasına əsas səbəb kimi ətraf mühitdən gələn zərərli maddələri göstəriblər. Bu maddələrə uzun müddət, xüsusilə uşaq yaşlarından etibarən qəbul edilən zərərli qidalar və müxtəlif təmizləyici vasitələrin tərkibindəki kimyəvi maddələr daxil olub. O, yalnız son 10 ildə sağlam qidalanmaya keçdiyini bildirib.

Xəstəlik diaqnozundan sonra Dankan valideynlərə müraciət edərək övladlarının qida rasionunda ultra-emal olunmuş məhsulları məhdudlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, qazlı içkilər, fastfud, mağaza şirniyyatları, sosis və kolbasa kimi məhsullar xərçəng riskini artırır.

“Sağlam qidalanmaya keçmək çətin ola bilər, amma bu addımlar vacibdir. Bu, gələcəkdə ciddi xəstəliklərin qarşısını almaq üçün lazımdır,” – deyə o bildirib.

Həmidə İbrahimova

Seçilən
5
2
olke.az

3Mənbələr