AZ

Yuxusuzluğu olan insanlara– 3 növ xərçəng riski daşıyır




Yuxusuzluqdan əziyyət çəkən insanlarda üç növ xərçəng riskinin artacağı barədə xəbərdarlıq olunub.


“Medicina” xəbər verir ki, Onkoloq Rikardo Kubedo yuxusuzluq səbəbindən üç növ xərçəngə tutulma riskinin artdığını açıqlayıb.

Həkimin izah etdiyi kimi, yuxu zamanı bədən tamamilə yenilənir və onun hüceyrə bərpası baş verir ki, bu da günün səs-küyünə hazırlaşmaq üçün lazımdır. Yuxusuzluqla bu prosesin pozulduğu məlumdur.

Mütəxəssisin sözlərinə görə, alimlər xroniki yuxu çatışmazlığı ilə ağciyər, prostat və kolon xərçənginin inkişaf riskinin artması arasında əlaqəni sübut ediblər.

Məsələ ondadır ki, yuxu zamanı yaranan melatonin hormonu güclü antioksidant olmaqla yanaşı, təhlükəli xəstəliklərə səbəb olan mutasiyaların aradan qaldırılmasında da rol oynayır.


Aygün Musayeva


Seçilən
6
1
medicina.az

2Mənbələr