25 yaşlı fələstinli futbolçu, "Cəbəliyə" klubunun yarımmüdafiəçisi Abdullah Mazen Xavila İsrailin hava zərbəsi nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Fələstin Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadla yayıb.
Hadisənin detalları açıqlanmayıb.
Abdullah Xavila karyerası ərzində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" və "Dubay Siti" klublarında da çıxış etmişdi.