AZ

Nurlan İsmayılbəyli: 10 min namizədin imtahan verməsi üçün zəruri infrastruktur təmin edilib

Nurlan

"Bu il Astara da sertifikatlaşdırma prosesinə qoşulub".

1news.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunmuş brifinqdə səsləndirib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 19 müxtəlif şəhərdə yerləşən 44 imtahan mərkəzində 10 min namizədin imtahan verməsi üçün zəruri infrastruktur təmin edilib.
"Elektron imtahan infrastrukturu bu prosesin əsas tərkib hissəsidir. Son üç il ərzində 250 minə yaxın namizədin müxtəlif imtahanlara cəlb olunmasına nail olmuşuq", – deyə Nurlan İsmayılbəyli bildirib.

Seçilən
15
1news.az

1Mənbələr