AZ

AYNA məişət avadanlıqları alacaqdı - TENDER LƏĞV OLUNDU

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən elan olunmuş tender ləğv edilib.

“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq

FED.az xəbər verir ki, məişət avadanlıqlarının satın alınması üzrə tender proseduru təqdim olunan təkliflərin şərtlər toplusuna uyğun gəlməməsi səbəbilə rəsmi şəkildə ləğv edilib. Məlumat dövlət satınalmalarının vahid internet portalında dərc olunub.

Müsabiqənin ümumi ehtimal olunan dəyəri 27.859,63 manat təşkil edirdi. Layihə çərçivəsində Agentliyin ehtiyacları üçün bir sıra məişət və texniki avadanlıqların alınması nəzərdə tutulmuşdu. Lakin tender “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinə əsasən nəticəsiz başa çatıb.

Satın alınacaq avadanlıqlar arasında 6 ədəd mikro dalğalı soba, 3 ədəd soyuducu, 4 və 1 ədəd olmaqla 5 ədəd smart televizor, 7 ədəd ofis üçün iri həcmli elektrikli çaydan (samovar), 6 ədəd kiçik soyuducu və 8 ədəd istilik radiatoru yer alırdı. 

Müsabiqə ilk dəfə 14 mart 2025-ci il tarixində saat 17:57-də elan olunmuşdu. Təkliflərin son qəbul tarixi və eyni zamanda zərflərin açılış vaxtı isə 16 aprel 2025-ci il saat 17:58 olaraq müəyyənləşdirilmişdi.

Seçilən
12
fed.az

1Mənbələr