Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31 min 462 doğulan körpə qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə sözügedən göstərici azalaraq 10-dan 9,4-ə düşüb.
Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub.
Bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.