AZ

Sertifikasiya üçün 500 metodist fəaliyyətə başlayıb

“Çox maraqlı məqamdır ki, müəyyən sayda müəllim özünü öyrədərək bu prosesə hazırlaşıb".

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən media brifinqində səsləndirib.

 

“500 nəfər metodist Bakıda və digər şagird sayı çox olan məktəblərdə fəaliyyətə başlayıb. Hazırda birinci tur davam edir. Sertifikatlaşdırma başa çatdıqdan sonra bu prosesdə iştirak edən fənn müəllimləri üçün də müsahibə və təlimlər mərhələsi başlayacaq. Keçən il 51 və daha yüksək bal toplamış müəllimlər birinci turda uğurla iştirak edərək təlimlərə cəlb olunublar".

Seçilən
7
azedu.az

1Mənbələr