AZ

Lukumi Romanı tərk edə bilər

ain.az, Operativ MM portalına istinadən məlumat verir.

"Bolonya"nın mərkəz müdafiəçisi Con Lukumi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Roma"nın yeni baş məşqçisi Can Piero Qasperininin əsas transfer hədəfi olan Lukumi uğrunda "Bornmut" və "Aston Villa" yarışa qoşulub.

Futbolçunun xidmətində "Qalatasaray" da maraqlıdır.

"Bolonya" 28 milyon avrodan aşağı qiymətə Lukumini buraxmaq fikrində deyil.

Bu mövsüm Lukumi bütün turnirlərdə 44 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
operativmm.az

2Mənbələr