AZ

N.İsmayılbəyli: Məqsəd müəllimlərin peşəkar inkişafını təmin etməkdir

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Müəllimlərin inkişafı üçün təşkil olunan imtahan və qiymətləndirmə prosesinin əsas məqsədi onların bilik və bacarıqlarını təkmilləşdirmək, təhsilin keyfiyyətini artırmaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib.

Onun sözlərinə görə, proses könüllülük prinsipi əsasında həyata keçirilir və müəllimlərin şəxsi inkişafı, eləcə də fasiləsiz təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sertifikatlaşdırmanın əsas hədəflərindən biri müəllimlərin peşəkar inkişafını sistemli şəkildə dəstəkləməkdir: 

“Bunun üçün müəllimlərə ödənişsiz resurslar təqdim olunur. Həmçinin təlimlər, qiymətləndirmə sınaqları və nəticəyə əsaslanan dəstək tədbirləri həyata keçirilir”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bakivaxti.az

1Mənbələr