AZ

Müğənni Maksakova xarici agentlər haqqında qanunu pozduğuna görə cərimələnib

Moskvanın Presnenski rayon məhkəməsi məşhur opera müğənni Mariya Maksakovanı xarici agent qanununu pozduğuna görə 50 min rubl məbləğində cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“M.P.Maksakova-İqenberqs 50 min rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib”, - məhkəmədən bildirilib.

Qeyd edilir ki, müğənni xarici agent kimi özü haqqında səlahiyyətli orqana məlumat vermədiyi üçün cərimələnib.

Bu il mayın sonunda Moskvada mülki məhkəmə Federal Vergi Xidmətinin (FTS) iddiasına cavab olaraq Maksakovadan vergi və rüsumlar tutulması barədə qərar çıxarıb.

2024-cü ilin sentyabrında Maksakovaya qarşı “Dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin həyata keçirilməsinə ictimai çağırışlar” maddəsi ilə iş açılıb. Ukraynanın "Seyças" telekanalına verdiyi müsahibədə o, rusları Ukrayna ordusuna sponsorluq etməyə çağırıb, rus əsgərləri və Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasını qınayıb. Buna görə, müğənnini 6 ilə qədər həbs cəzası gözləyir. Dekabrda sənətçi barədə qiyabi həbs qərarı çıxarılıb.

O, 2016-cı ildə Rusiyanı tərk edib, hazırda Ukrayna və Almaniyada yaşadığı bildirilir.

Musavat.com

 

Seçilən
10
musavat.com

1Mənbələr