AZ

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 910,8 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 16 milyard 192,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,2 %, əmtəəlik qaz hasilatı isə 1,7 % artıb.

Ötən 5 ay ərzində Azərbaycanda 11 milyon 438,3 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 11 milyon 411,4 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 5 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,9 % azdır.

Seçilən
1
report.az

1Mənbələr