AZ

Lukaşenkodan sağlamlıq tövsiyəsi: Həyətinizdə həmişə inək olsun

Belarus prezidenti Aleksandr Lukaşenko heyvandarlıq fermalarında mal-qaranın saxlanması üçün şəraitin yaxşılaşdırılmasını təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.

"Sağlam olmaq istəyiriksə, normal hava ilə nəfəs almalıyıq və normal yemək yeməliyik, bu səbəbdən də inək, obrazlı desək, həyətdə hər zaman olmalıdır", - deyə Lukaşenko bildirib.

Prezidentin sözlərinə görə, təsərrüfatları südçülük təsərrüfatlarına çevirərək müasirləşdirmək lazımdır. O, yüksək keyfiyyətli süd istehsalının rentabelliyini vurğulayıb.

Seçilən
6
publika.az

1Mənbələr