AZ

LEGO kərpicləri məktəblilərə riyaziyyat fənnini daha yaxşı mənimsəməyə kömək edir

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

LEGO kərpicləri məktəblilərə riyaziyyat fənnini daha yaxşı mənimsəməyə və məkan təfəkkürünü inkişaf etdirməyə kömək edir.

Redaktor.az xəbər verir ki, bu qənaətə Surrey Universitetinin alimləri 400-dən çox uşaq üzərində apardıqları araşdırma nəticəsində gəliblət.

Altı həftə ərzində Surrey və Portsmut şəhərlərindən olan şagirdlər məkan təxəyyülünü inkişaf etdirməyə yönəlmiş xüsusi SPACE proqramı çərçivəsində LEGO konstruksiyalarını yığıblar. Əvvəlcədən təlim keçmiş müəllimlər uşaqlara cisimlərin zehni olaraq fırladılması və yenidən təşkili kimi vizual təxəyyül tələb edən tapşırıqlar təqdim ediblər.

Araşdırma nəticəsində məlum olub ki, iştirakçılar yalnız vizual düşünmə bacarıqlarını deyil, eyni zamanda riyaziyyat üzrə nəticələrini də yaxşılaşdırıblar. Bu təsir xüsusilə xüsusi təhsilə ehtiyacı olan və ümumi tədrisdən geri qalan şagirdlər arasında daha aydın şəkildə müşahidə olunub.

Alimlər bildirirlər ki, bu kimi sadə və interaktiv təcrübələr yalnız akademik göstəricilərin yüksəlməsi ilə kifayətlənmir, həm də müxtəlif sosial qruplardan olan uşaqlar arasında mövcud fərqlərin azalmasına səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr