AZ

G7 sammitində Rusiyaya qarşı yeni sanksiyalar elan ediləcək

G7 ölkələri Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Keir Starmer çərşənbə axşamı, iyunun 17-nə keçən gecə bildirib.

"Biz yeni sanksiyalar paketi üzərində işləyirik və mən bütün G7 tərəfdaşlarımızla Rusiyanın enerji gəlirlərini və qeyri-qanuni müharibəsini dəstəkləmək üçün istifadə edə biləcəyi resursları azaltmaq üçün işləmək niyyətindəyəm".

Xatırladaq ki, ABŞ prezidenti Yaxın Şərqdə yaranmış situasiya ilə əlaqədar sammiti yarımçıq tərk edib. Sammit bu gün işçini davam etdirir.

Seçilən
0
herbiand.az

1Mənbələr