BAKI, 17 iyun. TELEQRAF
FIFA vaxtilə “Zirə” və “Sumqayıt” klublarında çıxış etmiş qanalı futbolçu Riçard Qadzenin Hindistanın “Racastan Yunayted” klubuna qarşı irəli sürdüyü tələbi təmin edib.
Teleqraf xəbər verir ki, qurum 31 yaşlı futbolçuya olan bütün borc məbləğinin ödənilməsi barədə qərar qəbul edib.
Qadzenin son klubu qışda keçdiyi İndoneziya "Persiku"su olub.
Qeyd edək ki, Riçard Qadze 2017-ci ilin fevralından mayınadək, 2017-ci ilin iyulundan 2018-ci ilin iyulunadək və 2019-cu ilin oktyabrından 2020-ci ilin avqustunadək “qartallar”ın, 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarınadək “kimyaçılar”ın formasını geyinib. Daha sonra o, 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək “Racastan Yunayted”də olub.