PAŞA Bank kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi üzrə yeni kredit imkanlarını təqdim edir.
Finss.az xəbər verir ki, yeni kredit məhsulları istehsalın əvvəlcədən maliyyələşdirilməsini, mövsümi xərclərin qarşılanmasını və bazar əlaqələrinin gücləndirilməsini hədəfləyir. Layihə çərçivəsində təqdim olunan kreditlər 50 min manatdan başlayaraq 1 milyon manata qədər verilir və həm milli (AZN), həm də xarici (USD) valyutada rəsmiləşdirilə bilər.
Kreditlərin maksimal müddəti 24 aya qədər müəyyən olunur, güzəştli dövr isə 6 ayadək davam edir. Faiz dərəcəsi və komissiya məbləği fərdi razılaşma əsasında müəyyən edilir. Geri ödənişlər aylıq bərabər (annuitet) və ya xüsusi tərtib olunmuş qrafik üzrə həyata keçirilə bilər.
Bu məhsullar aqrar dəyər zəncirində iştirak edən sahibkarlara likvidlik təmin etməklə, onların daha dayanıqlı və rəqabətqabiliyyətli fəaliyyətinə töhfə verəcək.
Ətraflı məlumat üçün: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,913/lang,az/
Fuad Mədətov
Finss.az