İsrailli futbolçu, "Şaxtyor"un sabiq oyunçusu Manor Solomon mövsüm başa çatdıqdan sonra şəxsi səbəblərlə səfər etdiyi doğma ölkəsində – İsraildə müharibə şəraiti səbəbindən blokadada qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb.
Mənbə qeyd edir ki, Solomon vətəninə qayıtdıqdan sonra sevgilisi Dana Voşina ilə evlənib.
Cütlük bal ayına yollanmaq istəyirdi, lakin bu mümkün olmayıb. İsraillə İran arasında baş qaldıran müharibə səbəbindən hökumət ölkənin hava məkanını mülki aviasiya üçün bağlayıb.
“Tottenhem”in mətbuat xidməti “The Athletic”ə bildirib ki, klub vəziyyəti diqqətdə saxlayır və oyunçu ilə daimi əlaqədədir. Solomonun iyulun əvvəlində başlayacaq mövsümöncəsi hazırlığa qatılması gözlənilir, bu səbəbdən onun Londona qayıtması üçün hələ kifayət qədər vaxt var.
Ancaq onun bal ayı ciddi şəkildə pozulub və görünür, daha münasib vaxta qədər təxirə salınacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta