“500 metodist Bakıda və digər şagird sayı çox olan məktəblərdə fəaliyyətə başlayıb”.
Operativ Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
“Hazırda birinci tur davam edir. Sertifikatlaşdırma başa çatdıqdan sonra bu prosesdə iştirak edən fənn müəllimləri üçün də müsahibə və təlimlər mərhələsi başlayacaq. Keçən il 51 və daha yüksək bal toplamış müəllimlər birinci turda uğurla iştirak edərək təlimlərə cəlb olunublar", - o, qeyd edib.