"İran mənim onlara dediyim sazişi imzalamalı idi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm, Tehranda hamı təcili təxliyə edilməlidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Truth Social" hesabında İsrail və İran arasındakı gərginliklə bağlı yeni açıqlama verən Tramp qeyd edib:
"İran imzalamalarını söylədiyim müqaviləni imzalamalı idi. Bu, çox təəssüf ki, böyük insanlıq itkisinə gətirdi. İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Tehrandakı hər kəs dərhal evakuasiya edilməlidir. Mən İranda nüvə silahı görmək istəmirəm və bunun baş verməsi üçün lazımi addımları atırıq".