AZ

“Azvvallet” şirkəti Mərkəzi Bankdan lisenziya aldı

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilib.

Marja.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayıb.

Qeyd edilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

2024-cü ilin ikinci yarısında Dövlət Vergi Xidməti "Azvvallet" MMC-ni dövlət qeydiyyatına alıb. 817 61min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nağıyev Ceyhun Vaqif oğludur. "AZVVALLET" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov ev.15-dir.

Azvvallet
Seçilən
5
5
marja.az

6Mənbələr