BAKI, 17 iyun. TELEQRAF
Magistral neft kəmərləri ilə 15 milyon 427,4 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 11 milyon 646,1 min ton neft ötürülüb.
Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.