AZ

Tanınmış fotoqraf VƏFAT ETDİ

Tanınmış fotoqraf Tariyel Hüseynov vəfat edib.

Musavat.com xəbər verir ki, o, axşam yatıb səhər oyanmayıb.

Yaxınları Musavat.com-a bildirib ki, bir neçə gün imiş ki, qripdən əziyyət çəkirmiş. Dünən isə T. Hüseynov yatıb, səhər oyanmayıb.

Qeyd edək ki, Tariyel Hüseynov bir neçə il öncə konsertlərin birində ölümlə üz-üzə qalmışdı. Ayaz Babayevin “Dəniz Mall”da baş tutan konsertində səhnədəki hovuza yıxılmış, onu mühafizəçilər xilas etmişdi.

Könül
Musavat.com

Seçilən
5
3
musavat.com

4Mənbələr