AZ

“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub

“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” bir ilkə imza ataraq ISO 10002:2018 Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi Sertifikatını əldə edib.

Sertifikat, müştəri məmnuniyyətinin artırılması və şikayətlərin effektiv şəkildə idarə olunmasına görə təqdim olunur.

Bu sənəd müştəri şikayətlərinin şəffaf, sistemli və müştəri yönümlü şəkildə idarə olunduğunu təsdiqləyir və şirkətlərə bu sahədə davamlı inkişaf üçün geniş imkanlar yaradır.

Qazanılan bu uğur “Azərsun Holdinq”in müştəri xidmətlərinə verdiyi önəmin və keyfiyyətə sadiqliyinin bariz nümunəsidir.

Şirkət, müştərilərinə ən yüksək standartlarda xidmət göstərmək və onların məmnuniyyətini daim artırmaq məqsədilə fəaliyyətlərini davam etdirir və etdirəcək.

Seçilən
6
16
afn.az

10Mənbələr