AZ

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz kəməri vasitəsilə 9 milyon kub-metr qaz ötürülüb

BAKI, 17 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında magistral qaz kəmərləri ilə 17129,4 milyon kub-metr qaz nəql edilib və 2024-cü ilin yanvar-may aylarına nisbətən 1,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 54,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 9272,3 milyon kub-metr qaz ötürülüb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 4809,4 min ton, dəniz nəqliyyatı ilə 2360,1 min ton və avtomobil nəqliyyatı ilə 3498,7 min ton yük daşınıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr