AZ

İsrail müdafiə naziri Xameneini hədələyib

BAKI, TurkicWorld

İsrailin müdafiə naziri Xameneini Səddam Hüseynin aqibəti ilə hədələyib.

TurkicWorld xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz İranın ali dini lideri Əli Xameneini repressiyalar və regional gərginliklər fonunda sərt şəkildə hədələyib.

Katz bildirib ki, Xameneinin sonu İraqın devrilmiş lideri Səddam Hüseynə bənzəyə bilər.

İsrail Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Katz İranla bağlı vəziyyəti dəyərləndirmək üçün ölkənin yüksək rütbəli ordu rəhbərləri ilə görüş keçirib. Nazir, dövlət televiziyasında çıxışı zamanı İsrailin hava hücumlarını davam etdirəcəyini vurğulayıb.

“İranın qonşuluğundakı bir ölkədə (İraq) İsrailə qarşı eyni yolu seçən diktatorun sonunu xatırlamaq Xamneyi üçün faydalı olardı,” – deyə Katz qeyd edib.

Beynəlxalq media yazır ki, İsrailin Xameneiyə qarşı fiziki hücum planları olub, lakin bu planların qarşısı ABŞ prezidenti Donald Tramp tərəfindən alınıb. İsrail Baş naziri Binyamin Netanyahu da ABC-yə müsahibəsində Xameneinin hədəf alınmasının münaqişəyə son verə biləcəyini deyib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektlərə genişmiqyaslı hücumlara başlayıb. Hədəflər arasında İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də olub. Ümumilikdə hücum nəticəsində 224 nəfərin həlak olduğu bildirilir.

İranın cavab zərbələrində 24 nəfərin öldüyü, 500-dən çox insanın isə yaralandığı açıqlanıb. Regionda gərginlik artırkən, başda Türkiyə olmaqla bir sıra ölkələr İsrailin hərəkətlərini pisləyib.

Seçilən
4
turkic.world

1Mənbələr