AZ

Azərbaycanda yük daşımaları 3 % artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 96,8 milyon ton yük daşıyıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 2,8 milyon ton və yaxud 2,9 % çoxdur.

Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 % təşkil edib.

Bundan başqa, 5 ay ərzində nəqliyyatçılar 849,8 milyon sərnişinə xidmət göstəriblər. Bu da 1 il əvvələ nisbətən 47,1 milyon sərnişin və yaxud 5,8 % çoxdur.

Seçilən
3
3
report.az

4Mənbələr