AZ

Saxta restoran, 3 saat növbə, bir kasə üçün 76 manat – bu adam hamını necə inandırdı?

Avstraliyalı influencer Stanley Chen sadə bir ideya ilə sosial medianı alt-üst etdi.

Valyuta.az xəbər verir ki, o, “Nise Ramen” adlı saxta bir restoran qurdu.

Yaponcada “saxta ramen” demək olan bu ad altında yalnız hazır ramen servis olundu. Amma təqdimat – saksılarda yemək, təbiət səsləri, DJ və projeksiya ilə "ramen meşəsi" konsepti – hər şeyi dəyişdi. 

Əvvəlcə saxta bir "5 ulduzlu restoran" veb saytı hazırlayan Chen, brend identifikasiyası qurdu və ardından bu restoran üçün viral TikTok videosu çəkdi. Video yayıldıqca hype artdı: giriş yalnız 100 min izləyicisi olan influencerlərə açıq idi, digərləri isə 3 saatlıq növbədə gözləməli oldu.

İnsanlar bu sadə ramenə “şef yeməyi” deyir, hətta “bir kasə üçün 45 dollar (76.50 manat) ödəyərəm” deyirdi. Halbuki bu sadəcə hazır noodles idi.

Qeyd edək ki, “Nise Ramen” artıq fəaliyyət göstərmir - bu real restoran deyildi, sadəcə qısa müddətli, sosial eksperiment xarakterli pop-up tədbiri idi. Yəni bu tədbir artıq bitib. Hədəf real qida biznesindən çox, marketinqin, təqdimatın və sosial media təsirinin gücünü nümayiş etdirmək idi.

Mayya Hüseynova

Seçilən
3
valyuta.az

1Mənbələr