AZ

Rusiya Azərbaycana təşəkkür edib

Rusiyalıların İrandan təxliyyəsinə Bakı əlverişli şərait yaradır və buna görə Moskva çox minnətdardır.

Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Rusiyalıların çıxışı və daşınması əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinə yönləndirilir. Azərbaycanlı dostlarımız bu proses üçün əlverişli şərait yaradırlar və biz onlara çox minnətdarıq”, – deyə Kreml nümayəndəsi bildirib.

O, həmçinin İranda nə qədər rusiyalının qaldığı və nə qədərinin təxliyə olunmaq istədiyi barədə dəqiq məlumatın olmadığını qeyd edib.

Seçilən
11
operativmedia.az

1Mənbələr