Şimali Koreya lideri Kim Çen In Rusiya Federasiyasının Kursk vilayətinin bərpası üçün 1000 istehkamçı və 5000 hərbi tikinti işçisinin göndərilməsinə qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Pxenyanda keçirilən danışıqlardan sonra məlumat verib.
Şoyqunun sözlərinə görə, bu qərar Şimali Koreya ilə Rusiya arasında artan strateji əməkdaşlığın növbəti göstəricisidir.
Onun bildirdiyinə görə, sözügedən heyət Kursk bölgəsində infrastrukturların bərpası, müdafiə təyinatlı obyektlərin tikintisi və möhkəmləndirilməsi ilə məşğul olacaq.
Xatırladaq ki, Moskva-Pxenyan xəttində intensivləşən hərbi-texniki əməkdaşlıq Qərbin ciddi narahatlığına səbəb olur. Analitiklər bu addımı Rusiya üçün mühüm strateji dəstək, Şimali Koreya üçün isə geosiyasi nüfuzun genişlənməsi kimi dəyərləndirirlər.
Hazırda Kursk bölgəsi Ukrayna ilə sərhəddə yerləşməsi səbəbindən strateji əhəmiyyət daşıyır və burada müdafiə istehkamlarının tikintisinə xüsusi diqqət yetirilir.