AZ

Bakı Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət müşahidə olunmur".

AZXEBER.COM

xəbər verir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz sosial şəbəkə

hesabında Bakı–Qazax marşrutu üzrə sərnişin qatarı biletlərinin qiymətləri ilə

bağlı paylaşım edib.

Ekspert bildirib ki, bu marşrut üzrə biletlərin qiymətləri

19 manatdan 125 manata qədər dəyişir:

"Bakı–Qazax marşrutu üzrə sərnişin qatarına biletlər

19 manatdan 125 manata qədər dəyişir.

ADY iyunun 15-dən etibarən Bakı–Qazax–Bakı istiqamətində sərnişindaşımanı bərpa

edib.

Bu, mövcud Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların

marşrutunun Qazax stansiyasına qədər uzadılması ilə reallaşdırılıb.

Xatırladım ki, pandemiya dövründə dayandırılan bu marşrut təxminən 6 ildir işləmirdi.

Osman Gündüz

Əvvəllər 8 saata qət edilən bu məsafəni hazırda Stadler qatarı 5 saat 36 dəqiqəyə

gedir.

Uzun müddət fəaliyyətsiz qalan marşrutun yenidən işə salınması, Ağstafa–Qazax

yolunun və dəmir yolu infrastrukturunun bərpası, eləcə də Qazax Dəmir Yol

Stansiyasının binasının yenidən qurulması istiqamətində ADY-nin atdığı addımlar

təqdirəlayiqdir.

Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət

müşahidə olunmur. Bakı–Balakən marşrutunda olduğu kimi, burada da qiymətlər

kifayət qədər yüksəkdir.”

Rəsmi məlumata əsasən, Bakı–Qazax–Bakı marşrutu üzrə

bir istiqamətdə bilet qiymətləri aşağıdakı kimidir:

Standart:

19.9 AZN

Standart

Plus: 26.1 AZN

Biznes:

43.9 AZN

Birinci

klass: 124.4 AZN

Ekspertin toxunduğu bu məsələ fonunda maraqlıdır: Bəs, Avropada şəhərlərarası

qatar biletlərinin qiymətləri necə tənzimlənir?

Məsələn,

hazırda Macarıstanın paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyana şəhərinə

qatarla səyahət etmək istəyən sərnişinlər üçün biletlər aşağıdakı qiymətlərdə təklif

olunur:

2-ci

sinif: təxminən 13 €‑dən (25.55 AZN)

başlayır

1-ci

sinif: 29 €‑dən (57 AZN) başlayır

Bu qiymətlər erkən (təxminən 90 gün əvvəl) alındıqda

keçərlidir və məhdud saydadır. Biletlər satış mərhələlərinə əsasən ümumilikdə 19–39

€ (təxminən 38–78 AZN) aralığında dəyişə bilər.

Alternativ olaraq, RegioJet şirkəti ilə səyahət

edən sərnişinlər üçün isə qiymətlər daha əlverişlidir:

Low

cost: 9 € (18 AZN)

Standard:

11.90 € (23.39 AZN)

Relax:

13.90 € (27.32 AZN)

Business:

15.90 € (31.25 AZN)

Əlavə olaraq qeyd edək ki, bu qiymətlər iki fərqli ölkə

(Macarıstan və Avstriya) arasında tətbiq olunur və əksər hallarda səyahət gününə

yaxın da ciddi dəyişmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azxeber.com

1Mənbələr