AZ

Peskov Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Azərbaycanlı dostlarımız rusiyalıların İrandan təxliyəsi üçünəlverişli şərait yaradırlar, buna görə biz onlara çoxminnətdarıq

Trend xəbər verirki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi DmitriPeskov jurnalistlərə açıqlamasında bildirib.

“Rusiyalıların çıxışı və çatdırılması, əsasən, Azərbaycanlasərhəddəki nəzarət-buraxılış məntəqələri vasitəsilə həyatakeçirilir. Azərbaycanlı dostlarımız da əlverişli şərait yaradırlar,buna görə biz onlara çox minnətdarıq”, – deyə Kremlin nümayəndəsibildirib.

Peskovun sözlərinə görə, Rusiya vətəndaşlarının təxliyəsi üzrəişlər, o cümlədən, əlaqələndirmə gündəlik olaraq davam edir.

“Səfirlik diqqət mərkəzində olan bütün vətəndaşların sayınıbilir, onların nə qədər olduğunu, kimlərin təxliyə olunmaqistədiyini dəqiq müəyyənləşdirib və vətəndaşlarımızın izlənilməsinəçox ciddi nəzarət edir ki, heç bir təhlükə ilə üz-üzə qalmasınlar”,– deyə o əlavə edib.

Məqalədə:
Seçilən
1
1
az.trend.az

2Mənbələr