AZ

Sertifikasiyanın sınaq mərhələsində fərqli düzgün cavabların olmasına AYDINLIQ GƏTİRİLDİ

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil İnstitutu sertifikasiya imtahanının sınaq mərhələsində müxtəlif mənbələrdə bir suala dair fərqli düzgün cavabların təqdim edilməsi ilə bağlı narahatlığa münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq sualı cavablandırarkən Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, həmin məsələ ilə bağlı vebinar təşkil edilib və problem həllini tapıb.

Qeyd edək ki, sertifikasiya ilə bağlı sınaq imtahanında inteqrasiya ilə bağlı sualın düzgün cavabı müxtəlif mənbələrdə müxtəlif cür təqdim edilib. Nəticədə müəllimlər arasında sertifikasiya imtahanında da belə bir halın yaşana bilməsi ehtimalı ilə narahatlıq yaranıb.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr