AZ

İyun İqlim Görüşləri Amazoniyalı ekoloji fəallar aksiya keçiriblər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bonn, 17 iyun, AZƏRTAC

Bonnda İyun İqlim Görüşlərinin ikinci günündə Braziliya nümayəndə heyətinin Amazoniya xalqlarını təmsil edən ekofəlları etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiyada iştirak edən ekofəallar “Amazoniyaya azadlıq”, “Qazıntı yanacaqlarına yox”, “Bizim gələcəyimiz satılmır!”, “İqlim liderliyi neftdən ibarət deyil!” kimi pankartlar açıb, şüarlar, bəyanatlar səsləndiriblər.

Aksiyada çıxış edən Amazonun yerli xalqlarının nümayəndəsi Huni Kuin deyib: “Amazonun tropik meşələrini mühafizə etmək, aktiv şəkildə qorumaq üçün əhəmiyyətli maliyyə resurslarına ehtiyac var və bu da müzakirə mövzusu olacaq. Biz Amazonda yaşayan və işləyən insanlarla əməkdaşlıq etməliyik, çünki onlar regionun davamlı inkişafının açarıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
azertag.az

1Mənbələr