AZ

İsrailin müdafiə nazirindən Xameneiyə ŞOK XƏBƏRDARLIQ: “Səddamın aqibəti gözləyir”

İsrailin müdafiə naziri İsrael Katz İranın ali lideri Ayətullah Əli Xameneiyə açıq xəbərdarlıqla çıxış edib.

Musavat.com xəbər verir ki, nazir bildirib ki, əgər İran İsrailə qarşı təhdidlərini davam etdirərsə, onun lideri Səddam Hüseynin taleyini yaşaya bilər.

“İran, qonşu ölkədə - İraqda İsrailə qarşı eyni yolu seçmiş diktatorun, yəni Səddam Hüseynin aqibətini xatırlamalıdır. Ayətullah Xamenei, sən də onun yolunu getmək istəyirsənsə, sonunun necə bitdiyini unutma,” – deyə Katz özünün sosial şəbəkə hesabında bildirib.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr