Rusiya qoşunları Ukraynanın “Azov” briqadası ilə döyüşə girib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu bölmə ilə döyüşləri “Mərkəz” qoşun qrupu həyata keçirir. “Azov”a qarşı zərbələr Donetsk vilayətinin Rusin Yar, Krasnoarmeysk, Novonikolayevka və Novosergeyevka yaşayış məntəqələri ərazisində həyata keçirilib.
Bundan başqa, Ukrayna Dəniz Piyadaları Korpusunun briqadaları və Ukrayna Milli Qvardiyasının briqadaları rusların hücumuna məruz qalıb.