AZ

Vətəndaşların NƏZƏRİNƏ: MİS-lərə zibil pulu verməyin, çünki… – VACİB AÇIQLAMA

“Azərbaycanda mənzil istismar sahələri tərəfindən məişət tullantılarının daşınması ilə bağlı vətəndaşlardan ödənişlərin toplanması qanunvericiliyə ziddir. Bu proses ilk növbədə mənzil istismar sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsini tələb edir”.

Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib:

Kadirovun

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, artıq mənzil istismar sahələrinin hüquqi statusuna son verilib. Vətəndaşlar məişət tullantılarının daşınması ilə bağlı yalnız fərdi qaydada, müvafiq xidmət göstərən şirkətlərlə müqavilə bağlamaqla ödəniş həyata keçirə bilərlər.

Bundan başqa, mənzil istismar sahələrinin vətəndaşlardan ödənişləri nağd şəkildə, əllə toplaması da qanunvericilik baxımından yolverilməzdir. Əgər bu qurumlar fəaliyyətlərini davam etdirmək niyyətindədirsə, ilk növbədə vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və bank hesablarını təqdim etməlidirlər. Ödənişlər yalnız bu hesablar vasitəsilə həyata keçirilməlidir”.

Hüquqşünas qeyd edib ki, hazırki vəziyyətdə mənzil istismar sahələrinin hüquqi statusu dəqiqləşdirilmədən vətəndaşlardan hər hansı ödəniş toplaması qanunsuz sayılır.

“Problemin hüquqi çərçivədə həlli üçün ilk növbədə normativ sənədlərlə yeni əsasların müəyyənləşdirilməsi zəruridir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
2
1
konkret.az

2Mənbələr