Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 18-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər.
Modern.az-ın məlumatına görə, millət vəkilləri “Ortaq gələcəyimiz naminə etimadın möhkəmləndirilməsi və ümidin təşviqi” adlı Dinlərarası Dialoq üzrə İkinci Parlamentlərarası Konfransda iştirak edəcəklər.
Qeyd edək ki, səfər iyunun 21-də başa çatacaq.