
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq qanunvericilik təşəbbüsü parlamentə təqdim olunacaq və şura 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək.
“Onun səlahiyyətlərini parlament idarəçiliyi modelinə uyğun olaraq Gürcüstan hökuməti həyata keçirəcək”, - mətbuat xidməti bildirib.
Mətbuat xidməti həmçinin bildirib ki, ləğvetmə komissiyası Milli Təhlükəsizlik Şurasının aparatının əmlakını, o cümlədən Milli Vəziyyət Mərkəzinin fəaliyyətini təmin etmək səlahiyyətini aidiyyəti qurumlara verəcək.