AZ

Mədəniyyət Nazirliyinin yeni layihəsi başlanır

Mədəniyyət Nazirliyi və Daha TV-nin birgə layihəsi olan “Fikir vaxtı”nda siz mədəniyyətin bioqrafiyası, sənət tarixinin arxitekturası ilə tanış olacaq, insanlığın bu günə qədər yaratdığı mədəni irsin yığcam təqdimatı və şərhi ilə baş-başa qalacaqsınız. “Fikir vaxtı” sürət əsrinin informasiya xaosunda vaxtınıza intellektual, estetik dəyər qazandıracaq.

Məlumatı Mədəniyyət Nazirliyi verib.

“Fikir vaxtı” təxəyyülünüzə və təfəkkürünüzə bələdçilik edəcək. Bu layihə boyunca incəsənətin bütün sahələrinə göz atmaq imkanı qazanacaqsınız.

Layihənin hədəf auditoriyası Azərbaycanı düşünən günümüzün və sabahımızın fikir adamları olacaq. İntibah fikirlərin dəyişməsi ilə baş verir. “Fikir vaxtı” fikirlərini dəyişmək istəyənlərin ünvanına çevrilməyi hədəfləyir.
Əsl fikir vaxtıdır!

Seçilən
5
xalqqazeti.az

1Mənbələr