"Rusiyalıların İrandan təxliyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir”.
Bizim.Media TASS-a istinadən xəbər veri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, rusların İrandan çıxarılmasında köməyə görə Azərbaycana təşəkkür edib:
“Azərbaycanlı dostlarımız rusiyalıların İrandan təxliyə olunmasında əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq".
Peskov vurğulayıb ki, Rusiya vətəndaşlarının koordinasiyası və təxliyəsi üzrə işlər gecə-gündüz davam edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta