AZ

Trampın gizli PLANI ÜZƏ ÇIXDI – Əsl hədəf İran deyilmiş... – SENSASİON DETALLAR

Artıq neçə gündür ki, İsrail-İran münaqişəsi davam edir. Belə ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. Hər iki tərəfdə xeyli itki var.

Bununla belə bu toqquşmanın uzun müddət davam edəcəyi inandırıcı gəlmir. Bunu beynəlxalq ekspertlər və nəşrlər də qeyd edir. Məsələn, “The Wall Street Journal” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb ki, İsrail qarşıdakı 14 gün ərzində İrana qarşı əməliyyat keçirməyi planlaşdırıb.

Münaqişə niyə uzun sürməyəcək?

Bunun bir sıra səbəbləri var. Əsas səbəb odur ki, həm İsrail, həm də İran eyni qapıya oynayır.

Hədəf üçüncü və yaxud dördüncü müsəlman dövlətini münaqişəyə cəlb etməkdir. Bu ssenari isə Ağ Evdə yazılıb.  Bu gün İsrail öz xarici siyasətində nə qədər müstəqil görünsə də, çoxları bilir ki, rəsmi Təl Əvivin hərəkət cədvəli Vaşinqtonda hazırlanır.

Bir anlığa diqqət edək. İsrail HƏMAS və Livanla müharibədə yenicə atəşkəsə nail olub. İl yarım davam edən müharibədə İsrail böyük ölçüdə zərər görüb. Ən azından infrastruktura dəymiş ziyan aradan qaldırılmayıb. Belə bir vəziyyətdə İsrailin növbəti bir ölkəyə qarşı müharibəyə başlaması sadəcə ağılsızlıq olardı.

Amma nə qədər qəribə olsa da, İsrail buna getdi və İrana qarşı müharibəyə başladı. Üstəlik, hava hücumlarını İranın nüvə silahına sahiblənməyə çalışması ilə əlaqələndirdi. Guya ki, Təl-Əviv öz maraqları üçün yox, sivilizasiyanın gələcəyi üçün İrana hücum edir.

Təbii ki, bu o qədər də səmimi görünmür.

Ona görə də bu münaqişənin uzanacağı o qədər də real deyil. Bunun bir səbəbi də odur ki, İranla İsrail arasında 1200 kilometrlik bir məsafə var. Bu qədər uzaq olan iki ölkə arasında yalnız hava hücumları ilə heç də uğur qazanıla bilməz.

Bu münaqişənin hədəfi ilk növbədə molla-fars rejimini daha üzüyola olmasına nail olmaqdır. Digər hədəfsə üçüncü ölkəni bu münaqişəyə cəlb etmək və Yaxın Şərqdə yeni müharibə ocağı yaratmaqdır. Təsadüfi deyil ki, İsrail Ordusu Yəmən istiqamətindən ölkə ərazisinə doğru yeni raket buraxılışını qeydə alıb. Verilən məlumata əsasən, ölkənin bir sıra bölgələrində hava həyəcanı siqnalı verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər İsrail Müdafiə Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirib. Bu cür cəhdlər təbii ki, söylədiyimiz fikirləri təsdiqləyir.

Tərəflər əsas hədəfləri niyə vurmur?

Bu münaqişənin qarşılıqlı anlaşma şəklində davam etdiyini sübut edən əsas məqamlardan biri də odur ki, hücumların hədəfləri qeyri-müəyyəndir. Məsələn, İsrailin atdığı raketlər çox zaman Tehranın, Təbrizin ətrafındakı boş sahələrə düşür. İranın əsas hərbi bazaları və nüvə obyektləri ölkənin cənubundadır. Amma bu ərazilərə İsrail çox nadir hallarda zərbələr endirir.

Rəsmi Tehanın da hücumları çox zaman səthi olur. Məsələn, İran İsrailin Tamra kimi 98 faiz müsəlmanların yaşadığı şəhərlərini vurur. İlkin məlumatlara görə ölənlər və yaralılar arasında qadın və uşaqlar var. Ola bilsin, İsrail müsəlmanlar yaşadığı bölgələrdə hava hücumundan müdafiə sistemlərinə o qədər də əhəmiyyət vermir. Ya da bu məqsədli şəkildə həyata keçirilir. Çox qəribədir ki, İranın İsraildə ərəb müsəlmanları, ümumiyyətlə mülki insanları, İsrailin də İranda sadə vətəndaşları vurması çoxsaylı suallar ortaya çıxarır.

Diqqət çəkən məqamlardan biri də odur ki, tərəflər zərbə endirəcəkləri obyekləri qabaqcadan elan edirlər. Bu isə heç bir müharibə qaydalarına və məntiqinə sığmır. Məsələn,  İran bildirib ki, yaxın saatlarda İsrailə sarsıdıcı zərbələr endirəcək və Ramat David aviabazasını vuracaq.

Bu cür kəşfiyyat materiallarının qabaqcadan mətbuata ötürülməsinin heç bir məntiqi izahı yoxdur.

ABŞ münaqişəni qızışdırmaqla məşğuldur.

Bu münaqişənin ssenari müəllifi Ağ Evdir. Ona görə də ABŞ bu münaqişənin qlobal xarakter almasında maraqlıdır. Təsadüfi deyil ki, ABŞ lideri tərəfləri sülhə çağırmaq əvəzinə qızışdırıcı mövqedən çıxış edir. Məsələn, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, hamı dərhal İran paytaxtını tərk etməlidir:

“İran nüvə proqramı ilə bağlı onlara söylədiyim sövdələşməni imzalamalı idi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!".

Bütün bunlar onu göstərir ki, razılaşdırılmış münaqişənin konkret hədəfi var. O hədəfə çatana qədər münaqişə davam edəcək...

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr