AZ

Bu kişilər dəri xərçəngi riski altındaola bilər

Saçları seyrek olan və “sıfır” kəsim edən kişilər yayda dəri xərçəngi riski altındadır.

Redaktor.az gazete.ru-ya istinadən bu barədə xəbər verir.

Böyük Britaniyanın Cosmedics klinikasının tibb direktoru, dermatoloq Ross Perri xəbər verir ki, saçları seyrek olan və ya tam qısa kəsilmiş kişilər yay aylarında günəşdən qoruyucu vasitələrdən,papaq və günəşdən qoruyucu kremdən istifadə etmədikləri üçün dəri xərçəngi riskini artırırlar.

Ekspertlərin qiymətləndirməsinə görə, hər il təxminən 17 100 melanoma halının yəni dəri xərçənginin ən təhlükəli forması olan xərçəng növünün təxminən doqquzdan səkkizi ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranır. Melanoma bütün dəri xərçəngləri arasında 1%-dən az paya sahib olsa da, ölümlərin 80%-inə səbəb olur.

Həkimlərin proqnozuna görə, 2025-ci ildə melanonanın yayılma səviyyəsi 2023 ilə müqayisədə 20% artacaq.

Ross Perri qeyd edir ki, kişilərdə dəri xərçənginin ikinci ən çox rast gəlinən yeri baş və boyundur. Kişilər çox vaxt saçların günəşdən qoruduğunu düşünərək baş dərisinə krem çəkmirlər. Lakin saçlar incəldikcə və ya töküldükcə, baş dərisi birbaşa günəş şüalarına məruz qalır və zədələnmə riski artır. Baş dərisinin zədələnməsi bədən digər açıq nahiyələri kimi təhlükəlidir və bəzən onlardan da daha çox təsirə məruz qalır.

Həkim əlavə edir ki, bazal hüceyrəli və skuamöz hüceyrəli karsinomalar da baş və boyun nahiyələrində tez-tez rast gəlinir. Baş dərisində olan şişlər isə tez-tez gec mərhələdə diaqnoz olunur, çünki orada xərçəngin ilkin əlamətləri çox vaxt görsənmir və ya diqqətə alınmır.

Mütəxəssislər kişilərə tövsiyə edir ki, yayda günəşdən qorunmaq üçün mütləq papaq taxsınlar, yüksək SPF-li günəşdən qoruyucu kremdən istifadə etsinlər və baş dərilərini mütəmadi yoxlasınlar.

Xədicə BAXIŞLI

Seçilən
13
1
redaktor.az

2Mənbələr