AZ

Bakı Tbilisi Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 3,4 faiz azalaraq 15 milyon 427,4 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 75,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmərlə neft nəqli 2,84 faiz azalaraq 11 milyon 646,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
azertag.az

4Mənbələr