AZ

Əhalinin banklardakı əmanətlərinin 67 faizi milli valyutada qoyulub

Bakı, 17 iyun, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 2025-ci il may ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 853 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 11,8 faiz artıb.

May ayında milli valyutanın 1 dollara nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,92 (1,84) manata, 100 türk lirəsinə 4,38 (4,59) manata, 100 rus rubluna 2,11 (1,93) manata bərabər olub.

 

 

Seçilən
1
1
azertag.az

2Mənbələr