Vasili Berezutskinin gedişindən sonra "Sabah"dan ayrılan onun köməkçisi Dmitri Smirnov özünə yeni iş tapıb.
QOL.az xəbər verir ki, o, Rusiya həvəskarlar liqasında yarışan Moskvanın "2Drots" komandasının baş məşqçisi təyin edilib. Bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, D.Smirnov "Sabah"da qapıçılarla işləyən məşqçi idi.
V.Berezutski iyunun 14-də "Sabah"dan ayrılıb.