AZ

Ölkədə bank və digər kredit təşkilatlarının kredit portfeli 15%-dən çox artıb

BAKI, 17 iyun. TELEQRAF

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq, milli valyuta ekvivalentində 29 milyard 898,8 milyon manat təşkil edib.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Ümumi kredit portfelinin 25 milyard 46 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94 faizi banklar, 6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 8,7 faiz artaraq 502,6 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr