AZ

Yasamalda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

Yasamal rayon ictimaiyyəti 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Gününü təntənə ilə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, akademik M.Ə. Mirqasimov adına Respublika Klinik xəstəxanası və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində xüsusi tədbir baş tutub.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü təsis edilib.

E.Həsənov bildirib ki, son illər Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları bu sahəni yeni səviyyəyə çıxarmağa imkan yaradıb. Bütün bunlar Prezident İlham Əliyevin apardığı səhiyyə sisteminə dəstək siyasətinin nəticəsidir.

Eyni zamanda bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, həmçinin diabetli, talassemiyalı xəstələrə qayğı göstərilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Azərbaycan səhiyyəsi barədə danışarkən iki məqama - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə toxunmaq lazımdır. 2 illik pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq göstəriblər. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəmizə peyvənd dozaları gətirilib və əhali pulsuz olaraq peyvənd edilib. Birgə səylərlə ölkəmiz “COVDİ”ə qalib gəlib və böyük sınaqdan uğurla çıxıb.

E.Həsənov bildirib ki Vətən müharibəsində Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstəriblər. Müharibədə yaralanan əsgər və zabitlərimizə cəsarətlə yardım ediblər. Tibb işçilərimiz arasında şəhid olanlar da olub. Onların və bütün şəhidlərimizin qanı yerdə qalmadı və biz bu haqq müharibəsindən qalib çıxdıq.

Tədbirin sonunda Yasamal rayonunun tibb işçilərinə səmərəli fəaliyyətlərinə görə fəxri diplomlar təqdim olunub.







Seçilən
5
qafqazinfo.az

1Mənbələr