Bakı.Trend:
I sinifə şagirdlərin qeydiyyatı zamanı sistemdəmüəllimlərin sertifikatlaşdırma ballarının göstərilməsi məsələsimüzakirə olunur.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsininmüdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərinsertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdədeyib.
“Bir məsələ də odur ki, bütün müəllimlərsertifikatlaşdırmaya cəlb olunmayıb. İmtahana qatılan müəllimlərinbalları isə sistemdə görünə bilər. Buna görə də sertifikatlaşdırmaprosesi tamamlanıb bütün müəllimlər cəlb olunandan sonra onlarınballarının sistemdə görünməsi mümkün olacaq", - N.İsmayılbəylibildirib.