AZ

Bakıda bu binalar söküləcək – Ünvanlar

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Bizim.Media “banker.az”a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 7 717 manatdır.

Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə əlaqədar layihə-smeta sənədləri hazırlanacaq.

Bizim.Media

Seçilən
3
12
bizim.media

10Mənbələr